17:58
(077) 610-22-33

Nazir vətəndaşlarla görüşəcək

  • >
1 033 16 Aprel 2014 08:07 | Cəmiyyət

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov vətəndaşlarla görüşəcək.

AzNews.az-ın ETSN-in saytına istinadən verdiyi məlumata görə, nazir 25 aprel 2014-cü il tarixində saat 10:00-da Bərdə şəhərində yerləşən Yeni Azərbaycan Partiyasının inzibati binasında (ünvan: Bərdə şəhəri Heydər Əliyev Prospekti 92) Bərdə, Ağcabədi, Zərdab, Tərtər, Ağdam, Xocavənd və Laçın rayonlarının vətəndaşlarını qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli "Qaynar xətt"i, həmçinin 12 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə əlaqə saxlamaları (ünvan: Bərdə şəhəri Qasımbəy Zakir küçəsi-18, əlaqə telefonları: 050 565 43 55; 050 628 48 52; 020 20 5 44 82) xahiş olunur.

AzNews.az
Bağla X