13:03
(077) 610-22-33

Sterilizasiya qurğusu 2013-cü ildə tikiləcək

  • >
577 31 Avqust 2012 14:24 | Cəmiyyət

2013 - cü ildə Azərbaycanda radioaktiv şüalar vasitəsilə sterilizasiya prosesinin aparılması üçün nəzərdə tutulan qurğunun tikintisinə başlanacaq. Hazırda qurğunun tikiləcəyi Qobu Dəvəcilik Sovxozunun ərazisində kommunikasiya xətlərinin çəkilişi həyata keçirilir. Bu barədə məlumatı AzNews.az-a açıqlamasında AMEA - nın Radiasiya Problemləri İnsitutunun direktoru Adil Qəribov deyib.

Direktor bildirıb ki, layihənin dəyəri milyonlarla dollarla hesablanır və quraşdırıldığı ərazidə insanların həyatı üçün heç bir təhlükə yaratmır:Bir çox ölkələrdə bu qurğu şəhərin hətta mərkəzində yerləşir. Bizdə isə qurğunun tikiləcəyi sahə yaşayış məntəqələrindən uzaqdadır". A.Qəribov bildirib ki, qurğu vasitəsilə xarici ölkələrədən gətirilən ərzaq məhsullarının, həmçinin tibbi avadanliqların strelizasiyası radioaktiv şüalar vasitəsilə reallaşdırılacaq. Bundan başqa şərab, katrof kimi məhsullarda qıcqırmaya səbəb olan mikrobların aradan qaldırılması bu qurğu vasitəsilə həyata keçiriləcək:"Başa düşürük ki, qurğu ilə bağlı əhalidə müəyyən sosial qorxu hissi ola bilər. Amma buna heç bir ehtiyac yoxdur".

E.Əlosmanqızı
AzNews.az
Bağla X