12:11
(077) 610-22-33

Bu il 130454 şagird I sinifə gedəcək

  • >
412 3 Sentyabr 2012 09:58 | Cəmiyyət

2012-2013-cü tədris ilində Azərbaycanın ümumi təhsil məktəblərinin I siniflərinə 130454 şagirdin qəbul olunacağı proqnozlaşdırılır. Təhsil Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, ötən dərs ilində I sinif şagirdlərinin sayı 125408 nəfər olub.

Bu göstərici 2010-2011-ci tədris ilində 120032 nəfər təşkil edib. Yeni tədris ilində Bakı şəhərindəki ümumi təhsil məktəblərinin I siniflərinə 36102 şagirdin qəbulu gözlənilir. Ötən tədris ilində bu göstərici 35509 nəfər olub.

Təhsil nazirinin əmri ilə təsdiq olunmuş müvafiq qaydalara əsasən ümumi təhsil məktəblərinə hər il sentyabrın 15-dək 6 yaşı tamam olmuş, əqli və fizioloji cəhətdən sağlam uşaqlar qəbul edilirlər. İstisna hallarda oktyabrın sonunadək 6 yaşı tamam olacaq istedadlı uşaqlar da məktəbdə yaradılmış komissiyanın rəyi əsasında vaxtından əvvəl I sinifə qəbul edilə bilərlər.

Noyabrda 6 yaşı tamam olacaq, xüsusi istedadı ilə fərqlənən uşaqların vaxtından əvvəl I sinifə qəbulu məsələsinə isə avqustun əvvəlindən sentyabrın 10-dək Təhsil Nazirliyində yaradılmış komissiya tərəfindən baxılıb müvafiq qərar verilir.

AzNews.az
Bağla X