03:24
(077) 610-22-33

Silahlı Qüvvələrə Yardım Fonduna toplanan vəsaitin məbləği açıqlandı

  • >
491 7 Sentyabr 2012 13:16 | Cəmiyyət

AzNews.az AzərTaca istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna cari il sentyabrın 1-dək 30 milyon 403 min 436 manat, 199 min 791 ABŞ dolları və 593 avro vəsait yığılıb.

Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılmış Fondun məqsədi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirməkdir.
Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməkliyi məqsədi ilə Azərbaycan ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalardır.
Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.

AzNews.az
Bağla X