12:15
(077) 610-22-33

Müdafiə Nazirliyi jurnalistlərə səsləndi

  • >
1 052 4 Avqust 2014 10:36 | Cəmiyyət

"Cəbhə bölgəsindən xəbər verən jurnalistlər bəzən özləri də bilmədən düşmən tərəfi məlumatlandırırlar. Çox təəssüf ki, bir neçə gün öncə cəbhə xətindən verilən xəbərlərdə hərbi texnikanın sayı, hansı istiqamətə doğru irəlilədiyi fotolarla açıq-aşkar internet saytlarda yerləşdirilmişdi".

Movqe.az-a bu sözləri Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı söyləyib. Onun sözlərinə görə, bəzi saytlarda həta hərbi hissələrin nömrəsi, yerləşdiyi ərazinin ünvanı da dəqiqliklə göstərilib ki, bu da hərbi sirrinin qorunması baxımından yolverilməzdir: "İndi jurnalistlərin demək olar ki, hamsının əlində mobil telefon, çəkiliş aparmaq üçün texniki avadanlıq var. Cəbhə bölgəsinə yollanan jurnalistlər hərbi texnikaların şəklinə dək çəkərək saytlara yerləşdiriblər. Bu qətiyyən yolverilməzdir. Bəzi mətbu orqanlar cəbhə bölgəsindən yalnış məlumat verməklə ictimaiyyət arasında çaşqınlıq yaradıblar. Biz onlara deyirik ki, belə vəziyyətlərdə jurnalistlər vətəndaş mövqeyindən çıxış etməli, hər bir məlumatı Müdafiə Nazirliyindən dəqiqləşdirdikdən sonra yaymalıdırlar".

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da cəmiyyətə yalnış informasiya ötürən, hərbi hissələrin, hərbi texnikanın sayınadək dəqiq informasiya yayan mətbu orqanları qınayıb. Movqe.az-a danışan. Ə. Amaşov bildirib ki, məbuat bu məsələdə həssas olmalı, milli maraqlardan çıxış etməlidir: "Jurnalistikada xəbərləmə önəmli olsa da, cəbhə bölgəsi ilə bağlı veriləcək hər bir informasiya Müdafiə Nazirliyi ilə dəqiqləşdirildikdən sonra yayılmalıdır. Bundan əlavə jurnalistlərin döyüş texnikasının sayı, hansı istiqamətə yerdəyişməsi barədə məlumatlar verməsi qətiyyən yolverilməzdir. Jurnalistlər anlamalıdırlar ki, düşmən tərəf Azərbaycanda saytları anbaan izləyir, ən dəqiq məlumatları mediadan əldə edir. Ona görə də, bu məsələdə həssas olmalı, hərbi sirlərin düşmənin əlinə keçməsinə xidmət edən məlumatları yaymamalıdırlar".
Bağla X