Bu rayonların təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AzNews.az-a verilən məlumata görə, qaz nəqli sistemində, eləcə də qaz ölçü qovşaqları və qazpaylayıcı stansiyalarda görülən işlərlə əlaqədar bu gün saat 18:00-dək Sabunçu, saat 17.00-dək Siyəzən və Bərdə, saat 20.00-dək isə Qazax rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

AzNews.az