22:34
(077) 610-22-33

Nəsimi rayonunda üfunət saçan “təmizlik qutuları”- FOTOLAR

  • >
1 374 5 Avqust 2014 09:07 | Cəmiyyət

Nəsimi rayonu, Mirmahmud Kazımovski küçəsində antisanitariya vəziyyəti yaranıb.

Bu barədə AzNews.az-a məlumat verən sakinlərin sözlərinə görə, bu vəziyyət xeyli müddətdir ki, davam edir: "Uşaqlarımızı qapıdan bayrıa buraxa bilmirik. Azyaşlı uşaq nə bilir ki, həmin boşaldılmayan qutular ölüm mənbəyidir. Sizin vasitənizlə bir daha aidiyyatı qurumlara müraciət edirik ki, problemi həll etsinlər".

Sakinlər bildirib ki, aylardır yol kənarında qoyulmuş zibil qutuları boşaldılmır. Nəticədə üfunət qoxusu ətrafdakılara dözülməz anlar yaşadır. Üfunət saçan zibil qutuları isə tibb müəssisəsinin - Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutu yaxınlığındadır.

Həmin ərazidən çəkilən fotoları təqdim edirik.




İntiqam Valehoğlu
AzNews.az
Bağla X