13:24
(077) 610-22-33

İlham Əliyev Bərdədə

  • >
1 001 6 Avqust 2014 16:10 | Cəmiyyət

Prezident İlham Əliyev Bərdə şəhərində yeni salınan Heydər Əliyev parkında görülən işlərlə tanış olub.

AzNews.az AzerTac-a istinadən xəbər verir ki, dövlət başçısına məlumat verilib ki, park-bulvar kompleksi ilkin mərhələdə 40 hektar ərazini əhatə edəcək və gələcəkdə daha da genişləndiriləcək.

Heydər Əliyevin kompleksdə ucaldılacaq abidəsinin yerləşdiyi 4 min kvadratmetr ərazidə qranit örtüklü monument yaradılır. Bütövlükdə park-bulvarda 16 min kvadratmetr qranit işləri görüləcək.

Parka 27 kilometr uzunluğunda yeni su xətti çəkilib, İtaliya istehsalı olan 460 işıq dirəyi, 10 ədəd relyefbirləşdirici pilləkən quraşdırılıb. Həmçinin 21 hektarda yaşıllaşdırma işləri aparılıb, 6 minə qədər ağac və bəzək kolları əkilib.

Gələcəkdə parkın daha da genişləndirilməsi, 30 hektar ərazidə təbii göllərin yaradılması, Tərtər çayı boyunca bulvarın ümumi uzunluğunun 4,3 kilometrə çatdırılması nəzərdə tutulur.

Prezident İlham Əliyev park-bulvar kompleksinin tikintisi ilə bağlı tapşırıq və tövsiyələrini verib.

AzNews.az
Bağla X