09:43
(077) 610-22-33

Azərbaycanda rezidenturaya qəbul olanların qeydiyyatına başlanıldı

  • >
546 11 Avqust 2014 14:42 | Cəmiyyət

Azərbaycanda bu gündən rezidenturaya qəbul olunmuş şəxslərin qeydiyyatına başlanılıb. AzNews.az Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının saytına istinadən məlumat verir ki, 2014/2015-ci tədris ili üçün rezidenturaya qəbul olmuş şəxslərin avqustun 15-dək Səhiyyə Nazirliyinə tələb oluna sənədləri təqdim etməklə qeydiyyatdan keçmələri mütləqdir.

Qeyd edək ki, rezidenturaya iki mərhələ üzrə keçirilən qəbul imtahanlarında iştirak edən 814 namizəddən 577 nəfəri təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb. Onlardan 160 nəfərini oğlanlar, 417 nəfərini qızlar təşkil edir.

AzNews.az
Bağla X