16:53
(077) 610-22-33

TDQK-dan abituriyentlərə növbəti xəbərdarlıq

  • >
1 378 13 Avqust 2014 08:54 | Cəmiyyət

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası abituriyentlərə növbəti xəbərdarlığını edib.



Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçimi bu gün saat 23:59-da başa çatır.

AzNews.az-ın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) istinadla verdiyi məlumata görə, ixtisas seçimini yekunlaşdırmayan abituriyentlər göstərilən vaxta qədər bu işi başa çatdırmalıdırlar. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.

2014-cü il 13 avqust saat 10:00-a olan məlumata görə 8507 abituriyent qəbul olmaq istədiyi ixtisasları seçərək öz elektron ərizəsinə daxil edib təsdiqləyib.

AzNews.az
Bağla X