15:20
(077) 610-22-33

Lənkəranda “zibil dağları“...

  • >
662 15 Avqust 2014 19:56 | Cəmiyyət

Lənkəranın mərkəzi Heydər Əliyev prospekti 33 ünvanı zibillik məskəninə çevrilib.

Yerli sakinlərin Musavat.com.-a verdiyi məlumata görə, yaşayış massivinin ətrafında "zibil dağları" yaranıb. Rayon icra hakimiyyətinin şəhər təsərrüfatı şöbəsi isə H.Əliyev prospekti 33 ünvanındakı bu rüsvayçılığı görmür.

Ərazidə zibil qutuları qoyulmadığı üçü yaşayış evinin yanı zibilxanaya döndərilib. Yerli sakinlər bu problemin həll edilməsini istəyirlər.
Sakinlər qeyd edirlər ki, Lənkəran şəhər İcra Hakimiyyəti şəhər təsərrüfatı şöbəsinin baş məsləhətçisi Nazim Babayev üçün bu elə də çətin iş olmamalıdır. Sadəcə, əraziyə zibil qutuları qoyulmalıdır. Bununla bağlı N.Babayevin RİH-dəki iş nömrəsinə dəfələrlə zəng etsək də, cavab verən olmadı.

AzNews.az
Bağla X