17:28
(077) 610-22-33

Azərbaycanda “Coca-Cola”-nın sonu gəldi - Satışına qadağa

  • >
1 854 19 Avqust 2014 08:59 | Cəmiyyət

Paytaxtda fəaliyyət göstərən iri dükanlardan "Coca-Cola" firmasının içkiləri yığışdırılır. Bu barədə musavat.com-a paytaxt sakinləri məlumat veriblər. Bildirilir ki, "Coca-Cola", "Fanta" və sair içkilər kütləvi şəkildə satışdan çıxarılıb: "Bir neçə marketdə axtardım, tapmadım. Alıcılar sadəcə bildirirlər ki, artıq dükanda bu məhsullar satılmır. Ancaq səbəb göstərmirlər".
"Coca-Cola" firmasının məhsullarının əsasən iri marketlərdə - "Grand", "Neptun" kimi ticarət obyektlərində satışına qadağa qoyulduğu deyilir.

Əməkdaşımız paytaxtdakı iri marketlərdən bir neçəsinə baş çəkib və vəziyyətlə maraqlanıb. Əməkdaşımız "Grand" marketlər şəbəkəsinə aid mağazaların vitrinində "Coca-Cola"-nın bir dənə də içkisini tapa bilməyib. Satıcılarla söhbətləşən əməkdaşımız bunun dəqiq səbəbini öyrənə bilməyib. Satıcılar bildiriblər ki, həmin içkilərin satışdan çıxarılması iki gün əvvəldən başlanıb. Həmin içkilərin yerinə isə vitrinlərə "Pepsi" içkiləri düzülüb.

"Bizim Market" mağazalar şəbəkəsində isə "Coca-Cola"-lar satışdan çıxarılmasa da, satıcı deyib ki, bu günə planlaşdırılır. Artıq həmin vitrinə "Pepsi" içkisi düzüləcəyini deyən satıcının sözlərinə görə, bu qərarın səbəbini bilmirlər. "Neptun" mağazalar şəbəkəsində də oxşar vəziyyətdir.

Qeyd edək ki, bir müddət əvvəl bir neçə ölkədə "Coca-Cola"-dan imtina barədə çağırışlar səslənmişdi. İsrailin Fələstində törətdiyi qətliamlara və bombardmanlara ən sərt etiraz edən ölkələrdən biri olan Türkiyədə keçirilən çeşidli etiraz aksiyalarından biri də məhz İsrail məhsullarının boykotu ilə bağlı idi. Nəticədə Türkiyədə bir çox marketlər İsrailə məxsus malları, o cümlədən "Coca-Cola" firmasının içkilərini satmaqdan imtina etmişdilər.

Türkiyədə sıravi vətəndaşlar da "Coca-Cola", "Fanta", "Sprite" içkilərini açıq şəkildə boykot ediblər. Hətta boykot kampaniyası bələdiyyələr səviyyəsinə qaldırılıb. Azərbaycanda isə indiyədək "Coca-Cola"-nı açıq boykota rast gəlinməsə də, sosial şəbəkələrdə bu məhsulları boykot çağırışı edilib.



musavat.com
Bağla X