16:54
(077) 610-22-33

Vakant müəllim vəzifələrini tuta bilməyənlərin nəzərinə

  • >
861 22 Avqust 2014 18:11 | Cəmiyyət

2014-2015-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə keçid balını toplayan, lakin vakant yer tuta bilməyən namizədlər üçün 25-29 avqust tarixlərində əlavə yerləşdirmə üzrə elektron müraciətlərin qəbulu həyata keçiriləcək.

Təhsil NazirliyindənAzNews.az-a verilən məlumata görə, namizədlər "Şəxsi səhifə"yə daxil olaraq ixtisas üzrə 4 vakant yer seçmək hüququna malikdirlər.

Müraciətlərin qəbulu 29 avqust saat 18:00-da başa çatacaq. Proqram təminatı vasitəsilə yerləşdirmə aparılacaq və nəticələr barədə məlumat dərhal namizədlərin "Şəxsi səhifə"sinə göndəriləcək.

Əlavə yerləşdirmə nəticəsində vakant yer tutmaq hüququ qazanmış namizədlərlə sentyabrın 1-də Azərbaycan Dövlət İqtisad Universitetinin əsas binasında (Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 6 ("İçərişəhər" metrosunun yaxınlığı) müsahibə keçiriləcək.

AzNews.az
Bağla X