13:26
(077) 610-22-33

Bölgələrdə insan alveri qurbanlarına dəstək tədbirləri başlayıb

  • >
866 25 Avqust 2014 09:14 | Cəmiyyət

“Təmas” Regional İnkişaf İctimai Birliyi “İnsan alveri və potensial insan alveri qurbanlarının Regional Reabilitasiya-Reinteqrasiya Mərkəzi”nə dəstək” layihəsinin icrasına başlayır.



Birliyin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçiriləcək layihənin əsas məqsədi Azərbaycanın qərb bölgəsində insan alveri qurbanları və potensial qurbanlara mütəmadi yardımların təmin olunması üçün "İnsan alveri və potensial insan alveri qurbanlarına regional Reabilitasiya-Reinteqrasiya Mərkəzi"nin davamlı fəaliyyətini təmin etməkdir.
Bununla yanaşı layihənin icrası dövründə qərb rayonlarında yerli icra hakimiyyəti, səhiyyə, təhsil,hüquq-mühafizə orqanları və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Məlumatda bildirilib ki, Qazax və Goranboy rayonlarında 21-22 avqust tarixlərin də görüşlər təşkil olunub. Görüşlərdə 60-a yaxın müvafiq icra hakimiyyəti, səhiyyə, təhsil,hüquq-mühafizə orqanları və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edib.

Təşkilatın sədri Südabə Məmmədova icra olunan layihə və donor təşkilat haqqında geniş məlumat verib. Layihənin məqsəd və vəzifələrini izah edib. Daha sonra o, Gəncə şəhərində fəaliyyət göstərən "İnsan alveri və potensial insan alveri qurbanlarının Regional Reabilitasiya-Reinteqrasiya Mərkəzi" haqında geniş məlumat verib.

Qeyd olunub ki, qərb bölgəsində belə bir Mərkəzin fəaliyyət göstərməsi çox əhəmiyyətlidir. Çətin vəziyyətə düşən həssas vəziyyətdə olan qadınlara və uşaqlara mənəvi və hüquqi dəstək ola biləcək bir ümid yeridir. Mərkəzə müraciət edən şəxslərin ilkin ehtiyacları ödənilir, lazım olarsa təhlükəsiz sığınacaqla təmin olunur və onlara birbaşa tibbi, psixoloji və pulsuz hüquqi yardımlar göstərilir. Görüşün təşkil olunmasında Qazax və Goranboy rayon icra hakimiyyəti orqanı nümayəndələri yaxından köməklik göstərdilər.

AzNews.az
Bağla X