00:30
(077) 610-22-33

“Azərbaycan mədəniyyətini tanıyaq!” kampaniyasına start verildi

  • >
1 405 26 Avqust 2014 14:54 | Cəmiyyət

Gənclər üçün Təhsil Mərkəzi milli musiqimizin və sənət nümunələrinin başqa xalqlar tərəfindən mənimsənilməsinin qarşısının alınması üçün ilk dəfə olaraq, “Azərbaycan mədəniyyətini tanıyaq!” virtual təbliğat kampaniyasına başlayıb.



Mərkəzin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, bu gündən etibarən start götürən kampaniya Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilir. Kampaniya çərçivəsində Azərbaycanda və xaricdə fəaliyyət göstərən sosial media vasitələrində təbliğat işinin təşkili, müxtəlif xalqlar tərəfindən mənimsənilmiş mədəni dəyərlərimizin geri qaytarılması üçün faktların toplanması, onların ictimailəşdirilməsi və yeni media vasitələri ilə yayılması, müxtəlif xarici dillərdə mədəniyyətimizlə bağlı yazıların hazırlanması və işıqlandırılması nəzərdə tutulur. Eyni zamanda Azərbaycanın müxtəlif regionlarından yeni foto-video materiallar hazırlamaq və yaymaq, sosial şəbəkə istifadəçilərinin (xüsusilə əcnəbilərin) Azərbaycanla bağlı şəkil və musiqilər paylaşmasını təşviq etmək də kampaniyanın tərkib hissəsidir.

Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə bildirib ki, kampaniyanın bu gün başlaması heç də təsadüfi deyil: "Bu gün Beynəlxalq Azərbaycan muğamı və musiqisi günü kimi qeyd olunur. Təbii ki, Azərbaycan musiqisinin ən dəyərli nümunələrindən olan muğamın qorunması, yaşadılması və dünyaya tanıdılmasında bu gün doğum gününü qeyd edən, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın müstəsna xidmətləri var. Xatırlatmaq yerinə düşərdi ki, məhz onun və dövlət başçısı cənab İlham Əliyevin səmərəli fəaliyyətinin nəticəsi olaraq, hələ 2003-cü ildə Azərbaycan muğam sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Fürsətdən istifadə edib, ölkə gənclərini, QHT-ləri və kütləvi informasiya vasitələrini, eləcə də diaspora təşkilatlarımızı bu kampaniyada yaxından iştiraka dəvət edirik".

Qeyd edək ki, kampaniya sosial şəbəkələrdə "Insight into Azerbaijani culture!/ Azerbaycan medeniyyetini taniyaq!" adlı qrup daxilində başlanıb.

AzNews.az
Bağla X