22:14
(077) 610-22-33

Sabiq polis mayoruna 6 il 6 ay həbs verildi

  • >
2 514 26 Avqust 2014 19:55 | Cəmiyyət

Bu gün Binəqədi Rayon Məhkəməsində Almaniya vətəndaşı, Qərb Universitetinin tələbəsi, 1992-ci il təvəllüdlü Vüsal Şilderin qətlə yetirilməzdən öncə onun maşınına narkotik vasitə atmaqda ittiham olunan - İlham Məmmədov, Qurban Novruzovov, Kənan Babayev və Türkiyə vətəndaşı Yaşar Sumerin məhkəmə istintaqı yekunlaşıb.


Virtualaz.org saytının verdiyi xəbərə görə, məhkəmənin hökmü ilə İlham Məmmədov 6 il 6 ay , Qurban Novruzov 6 il 6 ay, Yaşar Sumer 4 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Kənan Babayevə isə 4 il şərti cəza təyin edilib.

Xatırladaq ki, keçmiş polis mayoru İlham Məmmədov, Qurban Novruzov, Yaşar Sumer və Binəqədi Rayon Polis İdarəsi 7-ci polis bölməsinin keçmiş rəis müavini Kənan Babayev qabaqcadan əlbir olaraq 2013-cü il aprel ayının 11-də Vüsal Şilder tərəfindən idarə olunan avtomaşını qəsdən zədələməklə ona xeyli miqdarda ziyan vurublar, vəzifə səlahiyyətlərini aşaraq və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ağır cinayət törədiblər. Toplanmış faktlar üzrə adları çəkilən şəxslə barəsində Cinayət Məcəlləsinin 186.2.2, 32.5, 309.2 və 308.1-ci maddələri ilə cinayət işi açılıb.

2013-cü il mayın 2-də isə 23 yaşlı Vüsal Şilder Bakının Nərimanov rayonu Ə.Rəcəbli küçəsində bıçaqlanaraq öldürülüb. Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi, Nərimanov Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi, 18-ci polis bölməsi və Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Elman İsgəndərov, Seymur Talıbov və Rüfət Zakirov saxlanılıblar (Məlumat üşün bildirək ki, onların cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində ayrıca baxılır -red.).

Qeyd edək ki, cinayət işində adı hallanan Xəyal Əlizadə uzun illər daxili işlər orqanlarında yüksək vəzifələrdə çalışmış Məzahir Əliyevin oğlu, Prezident Administrasiyasının sabiq işçisi Tariyel Ağayevin (mərhum prezident Heydər Əliyevin keçmiş köməkçisi-red.) kürəkənidir.

Bir müddət əvvəl X.Əlizadənin Birləşmiş Ərəb Əmirliklərində saxlanıldığı və ekstradisiya olunması üçün tədbirlər görüldüyü barədə məlumat verilmişdi.

Onu da qeyd edək ki, V.Şilderin atası Adolf Şilder bir vaxtlar "Mercedes Benz"in Azərbaycan nümayəndəliyinin rəhbəri işləyib.

AzNews.az
Bağla X