Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla ölkənin media nümayəndələrini bir araya toplayacaq. Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla ölkənin media nümayəndələrini bir araya toplayacaq.

Kamal Abdulla mediaya hesabat verəcək - Açıqlama

Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla ölkənin media nümayəndələrini bir araya toplayacaq.



Müşavirlikdən AzNews.az-a verilən məlumata görə, yaxın vaxtlarda Kamal Abdulla rəhbəri olduğu qurumun gördüyü işlər barədə mətbuat konfransı keçirəcək.

Konfransda K. Abdullanın bölgələrə səfəri, ölkədə dini vəziyyət, o cümlədən jurnalistləri maraqlandıran sualları cavablandıracaq.
Xatırladaq ki, bu ilin fevral ayının 28-də prezident İlham Əliyevin sərəncamı ilə Kamal Abdulla Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad olunub.

Prezidentin imzaladığı başqa bir sərəncamla Kamal Abdulla millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin edilib.

Amid
AzNews.az