08:27
(077) 610-22-33

Dövlət Gömrük Komitəsindən sərhəddəki növbəyə rəsmi mövqe

  • >
768 19 Sentyabr 2012 16:37 | Cəmiyyət

"Rusiya sərhədində yaranan növbələrin Azərbaycan tərəfi ilə heç bir əlaqəsi yoxdur"



Azərbaycan-Rusiya sərhədində yaranan problemin həlli məqsədilə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninova rəsmi məktub ünvanlayıb, məsələnin tez bir zamanda araşdırılaraq həll olunması istiqamətində konkret tədbirlərin həyata keçirilməsini xahiş edib.

Komitənin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, son günlər Azərbaycan-Rusiya sərhədində, Xaçmaz Gömrük İdarəsinin Samur gömrük keçid məntəqəsində qonşu ölkəyə keçmək istəyən avtomaşınların növbəsi yaranıb.

"Xatırladaq ki, yaranan bu cür növbələrin Azərbaycan tərəfi ilə heç bir əlaqəsi yoxdur. Azərbaycan gömrük orqanları istər sərnişinlərin, istərsə də avtomaşınların dövlət sərhədini keçmə prosesini tez bir zamanda və operativ olaraq həyata keçirir", - məlumatda deyilir.

Mövcud problemin əsas səbəbi Dağıstanın Məhərrəmkənd gömrük keçid məntəqəsində avtomobillərin yoxlanılmasına həddən artıq vaxtın sərf edilməsidir. Belə ki, xüsusilə sərnişin avtobuslarının adıçəkilən məntəqədə yoxlama prosesi 2-3 saat davam edir. Bu da təbii olaraq sərnişinlərin və sürücülərin haqlı narazılığına səbəb olur.

Ədil
AzNews.az
Bağla X