19:07
(077) 610-22-33

Bakı avtobuslarında daha bir yenilik

  • >
678 20 Sentyabr 2012 11:05 | Cəmiyyət

Nəqliyyat Nazirliyi sərnişinlərin köməyilə sürücülərin fəaliyyətinə birbaşa nəzarət edə biləcək



Bakı şəhərində 100-dən çox sürücü avtobuslarını idarə edərkən qəza şəraiti yaratdığına görə işdən çıxarılıb. Bu barədə ANS TV-nin "Günə Baxan" verilişində Nəqliyyat Nazirliyinin mətbuat katibliyinin müdiri Namiq Həsənov canlı efirdə bildirib. Nazirlik rəsmisinin sözlərinə görə, qəzaların sayını azaltmaq üçün Nəqliyyat Nazirliyi tərəfindən sürücülərin ad, familiyası və onlar haqqında məlumatlar avtobusların içərisində xüsusi lövhədə qeyd olunacaq.

Namiq Həsənovun sözlərinə görə, sərnişilər Nəqliyyat Nazirliyinin "Qaynar xətti"nə avtobus sürücüsünün səhlənkarlığı, törətdiyi qəzalar və s. şikayətlər barədə elə yerindəcə məlumat verə biləcəklər.

Namiq Həsənovun sözlərinə görə, bunun sayəsində Nəqliyyat Nazirliyi sərnişinlərin köməyilə sürücülərin fəaliyyətinə birbaşa nəzarət edə biləcək.

AzNews.az
Bağla X