10:46
(077) 610-22-33

Qaradağ rayonunda qadınlara fərman və hədiyyələr verildi - FOTOLAR

  • >
1 411 7 Mart 2015 11:46 | Cəmiyyət

Qaradağ Rayon İcra Hakimiyyəti 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanımları təbrik edib.



AzNews.az xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı Mixail Zabelin, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm və təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan, həmçinin bir çox ictimai təşkilat və birliklərə rəhbərlik edən qadınlar iştirak ediblər.

Əvvəlcə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tədbirdə iştirak edən bütün xanımları bayram münasibəti ilə təbrik edib.


O, zəriflik və gözəllik rəmzi olan Azərbaycan qadının bütün dövrlərdə milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərdiyini qeyd edib.

"Ulu öndər Heydər Əliyev qadınların xidmətlərini – gənc nəslin sağlam, vətənpərvərlik ruhunda böyüməsində sərf etdikləri əməyi hər zaman yüksək qiymətləndirərək, onlara daim böyük diqqət və qayğı göstərib. Müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan bir varlıqdır. Bu gün Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Millət vəkili Mehriban xanım Əliyeva bütün dünyaya sübut edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadim ola bilər", - deyə S. Mikayılov əlavə edib.

İcra başçısı qeyd edib ki, respublikamızın bir çox sahələrində çalışanların böyük bir hissəsini qadınlar təşkil edir.

Sonda rayonun ictimai-siyasi həyatında öz fəallığı ilə fərqlənən qadınlara fəxri fərman və dəyərli hədiyyələr verilib.
image description image description image description image description image description image description image description
Bağla X