08:16
(077) 610-22-33

“Fikir şənbəsi“ klubunda təlim: “Vaxtı necə idarə edək?“ (FOTOLAR)

  • >
1 993 14 Mart 2015 16:45 | Cəmiyyət

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun növbəti "Fikir şənbəsi" klubunda sosial layihələr üzrə ekspert Tofiq Sadıxov "Vaxtı necə idarə etməli" mövzusunda təlim keçib.

Təlimdə Bilik Fondunun könüllüləri, müxtəlif universitetlərin yerli və xarici tələbələri, regionların ictimai fəalları iştirak edib.

İnteraktiv qaydada təşkil olunmuş təlimdə çağdaş dövrümüzdə daha çox ehtiyac duyulan zaman anlayışı və onun ayrı-ayrı fərdlər tərəfindən necə idarə olunduğu ətrafında müzakirələr aparılıb.

Gənclər gün ərzində vaxtı konkret hansı işlərə yönəltdikləri barədə məlumat verib, zamanın onların həyatlarındakı bölünmə qaydalarına aydınlıq gətirib, bu mövzuda yeni biliklər əldə ediblər.

Gündəlik faəliyyət və hərəkət qrafiki barədə şəxsi tərcübələrini açıqlayan təlim iştirakçılarının fikirlərindən belə məlum olub ki, onlar planlaşdırılmış həyat tərzindən bu və ya digər dərəcədə uzaq düşüblər.

Təlimçi Tofiq Sadıxov göstərilən səbəblərin bütün hallarda bəhanə olduğunu, vaxt çatışmazlığı probleminin bir çox amillərdən irəli gəldiyini deyib. O, bu sırada gənclərin ənənlərdən qaynaqlanan düşüncə tərzindən kənara çıxa bilməmələrini, vaxtın düzgün bölünməsinə yardım edəcək informasiyaların azlığını, "onsuz da çatdırmaycam" kimi zərərli streotiplərin özünə əminlik hissinə üstün gəlməsi kimi, reallıqları xüsusi ilə qeyd edib.

Təlim iştirakçıları qruplara bölünərək gündəlik sutka ərzində hansı işə nə qədər vaxt ayırdıqlarını sadə hesablama qaydaları ilə müəyyənləşdirib, nə qədər vaxt itkisinə yol verildiyini aşkara çıxarıblar.

Təlimin qaydalarına uyğun olaraq, iştirakçılar növbəti bir həftə ərzində vaxtdan hansı səviyyədə istifadə etdikləri barədə təlimçiyə yazılı məlumat verəcəklər. Bundan sonra təlimçi tərəfindən qiymətləndirilmə aparılacaq.
image description image description image description image description image description image description image description image description
Bağla X