07:17
(077) 610-22-33

Baş Polis İdarəsi mitinqlə bağlı məlumat yaydı

  • >
2 654 15 Mart 2015 18:31 | Cəmiyyət

Bakı şəhər Baş Polis İdarəsi Milli Şuranın bu gün keçirdiyi mitinq ilə bağlı məlumat yayıb.

Trend-in məlumatına görə, martın 15-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

"Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, İslam və Xalq partiyalarının, eləcə də bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 600 (altı yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib", - məlumatda deyilir.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.
Bağla X