06:22
(077) 610-22-33

Yay vaxtına keçid fəsadlar törədəcək - Xəstəliyi olanlar bu yazını oxusun

  • >
3 944 28 Mart 2015 15:12 | Cəmiyyət

Yay vaxtına keçid bir çox sahələrə təsir etdiyi kimi, insan orqanizminə də təsirsiz ötüşmür.

Amma bunun mənfi təsirlərindən maksimum dərəcədə qorunmaq mümkündür.

Bu barədə terapevt Nahid Məhərrəmov AzNews.az-a danışıb. O, saatların çəkilməsinin orqanizmdə maddələr mübadiləsinin pozulmasına səbəb ola biləcəyini deyir:
"Rejimsizlik olarsa, saatların irəli-geri çəkilməsi də orqanizmə mənfi təsir edəcək. Amma rejimə riayət edən şəxslərə müsbət təsir göstərməsi mümkündür.
Kardioloji xəstəliyi olan insanların səhhətində qida rejiminin dəyişməsi ilə problem yarana bilər. Bildiyiniz kimi, şəkər xəstələri dərmanlarını eyni saatda qəbul etməlidirlər. Amma saat çəkimi o rejimi dəyişdirəcək. Buna görə də saat 20:00-da atılmalı olan dərman 19:30-da atılsa, daha məqsədəuyğun olar. Əks halda orqanizmdə qlükozanın miqdarı arta bilər.

Hormonal xəstəliyi olan insanlar da rejimlə qidalanmalı, yuxularına diqqət etməlidirlər. Yay vaxtına adaptasiya olana kimi sağlamlıqlarına diqqət etmələri məsləhətdir.
Qalxanvari vəzndə problem olan pasiyentlər dərmanlarının vaxtını nəzarətdə saxlamalıdırlar".


N. Məhərrəmovun sözlərinə görə, yay vaxtına adaptasiya düzgün şəkildə getməsə, orqanizm zəifləyə bilər, bu da öz növbəsində ciddi fəsadlara səbəb olar.

Terapevt yuxusuzluğun gətirəcəyi yorğunluqdan qorunmaq üçün axşam 1 saat tez yatmağı məsləhət görür.

Nigar
Bağla X