16:25
(077) 610-22-33

Əhəd Abıyev Çingiz Abdullayevə qoyduğu “qadağadan” danışdı

  • >
3 003 1 Aprel 2015 13:33 | Cəmiyyət

Daşkəsən icra hakimiyyətinin başçısı Əhəd Abıyevin rayonda Çingiz Abdullayevin kitablarına qadağa qoyulması xəbərinə cavab verilib.


Əhəd Abıyev AZNEWS.AZ-a açıqlamasında xəbərə görə xeyli güldüyünü deyib: "Məncə, belə səfeh xəbəri 1 aprel zarafatı kimi verə bilərlər. Çingiz Abdullayevin köməkçisi də bununla bağlı mənə zəng etmişdi. Mən də ona bu xəbərin yalan olduğunu vurğuladım və əlavə etdim ki, Daşkəsəndə ümumiyyətlə, kitab satışı mağazaları yoxdur. Kimə kitab lazım olursa, gedib kitabxanadan götürür".

Əhəd Abıyev sonda bildirib ki, o, yazıçı Çingiz Avdullayevlə qonşu olub və hazırda da dostluq edirlər.

Qeyd edək ki, Çingiz Abdullayevin kitablarına qadağanın qoyulması xəbərini axar.az saytı yayıb.
Bağla X