16:24
(077) 610-22-33

“Çingiz Abdullayev AYB-dəki vəzifəsində qalır” – Açıqlama

  • >
1 347 2 Aprel 2015 18:02 | Cəmiyyət

“Çingiz Abdullayev bacarmadığı işin məsuliyyətini öz üzərinə götürməz”.



Bunu AzNews.az-a Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza deyib.

O bildirib ki, Çingiz Abdullayev dünya şöhrətli yazıçıdır və onun yüksək idarəetmə qabiliyyəti var: "Görünür, "Neftçi" rəhbərliyi də bu nüfüzuna görə xalq yazıçısının "Neftçi"yə rəhbər seçilməsini arzulayıb".

Ç.Abdullayevin Yazıçılar Birliyində öz vəzifəsində qalıb-qalmaması məsələsinin müzakirəsinə gəlincə isə X.Rza əlavə edib ki, bu, Çingiz müəllimin öz seçimidir: "Biz də buna hörmətlə yanaşmalıyıq. Onun AYB-nin katibi vəzifəsindən getməsi məsələsi müzakirə olunmur".

Qeyd edək ki, AFFA prezidenti Rövnəq Abdullayev xalq yazıçısı Çingiz Abdullayevi "Neftçi" İdman Sağlamlıq Cəmiyyətinin Müşahidə Şurasının sədri seçib. Bəhram Bağırzadə, Səməd Qurbanov, Mübariz Zeynalov, Cəbrayıl Məmmədov, Sadıq Sadıqov və Zaur Qəhrəmanov şuranın üzvləri təyin olunub.

Bahar RÜSTƏMLİ
Bağla X