15:03
(077) 610-22-33

SOCAR və “Azəryolservis“ iddialara cavab verdi

  • >
1 753 5 Oktyabr 2015 20:12 | Cəmiyyət

Son vaxtlar mətbuatda bəzi dövlət qurumlarında işçilərin maaşlarının bir neçə ay gecikdirməsi ilə bağlı xəbərlər yayılıb.


AzNews.az-ın Anspress-ə istinadən məlumatına görə, xəbərlərdə "Azəryolservis" ASC və SOCAR-ın işçilərinin aylarla maaş almamaları barədə işçilərin şikayətləri işıqlandırılır.

"Azəryolservis"-in işçiləri "azadliq.info" deyib ki, artıq iki aydır ki, maaş almırlar. "Heç nə demirlər. Biz isə iki aydır ki, gözləyirik", - deyə işçilər bildirir.

Onların sözlərinə görə, xüsusilə "Azəryolservis" ASC-nin rayondakı idarələrində vəziyyət gərgindir. İşçilər deyirlər ki, indiyə qədər bu qurumda maaş böhranı olmayıb. "Azəryolservis"in tarixində belə bir şey olmayıb. Həmişə maaşımızı vaxtında almışıq. Amma artıq iki aydır ki, böhran yaşanır", - deyə işçilər vurğulayıb.

SOCAR-in sifarişi əsasında Birinci Avropa oyunları ərəfəsində Bakıda aparılan tikintinin podratçı şirkətlərlərindən birinin rəhbəri Faqani Əkbərov haqqın.az-a açıqlamasında onların firmasının 2000-dən çox işçilərinin bir neçə aydır ki, maaşlarını ala bilmədiklərini deyib.

Dövlət tərəfindən maliyyələşdirilən qurumlarda maaşla bağlı problemlərin yaranması bu orqanlarda maliyyə problemlərinin yaranması sualını ortaya çıxarır.

Məsələ ilə əlaqədar adıçəkilən qurumlarla əlaqə saxladıq. Hər iki təşkilat yayılan məlumatları təkzib etdi və bildirdilər ki, heç bir maliyyə problemləri yoxdur. "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ANS PRESS-ə açıqlamasında bildirdi ki, maaşların verilməsində 5–10 günlük gecikmə ola bilər: "Azəryolservis" dövlət tərəfindən maliyyələşən orqandır. 2-3 ay gecikmə həqiqəti əks etdirmir".

A.Nəcəfli onu da bildirdi ki, yayılan xəbərlərdə heç bir fakt göstərilmir.

Maaş qalmaqalında adı hallanan digər dövlət orqanı SOCAR-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev ANS PRESS-ə açıqlamasında işçilərə maaşların kartla verildiyini bildirdi: "Maaşlar kartla verilir və SOCAR-in heç bir şirkətə borcu yoxdur. Hər bir işçi vaxtında maaşını ala bilir".

Ümumiyyətlə son vaxtlar bəzi dövlət orqanları barədə maaş qalmaqalları və ixtisarlar haqqında məlumatlar yayılır. Bir müddət əvvəl "Azəryolservis"də ixtisarlar olub. Bəzi iddialara görə, qurumun nəzdindəki idarələrin əhəmiyyətli hissəsi ləğv edilib. Nəticədə xeyli işçi ixtisara düşüb.
Bağla X