16:37
(077) 610-22-33

Azərbaycan Silahlı Qüvvələrində “NATO Günləri” keçirilir

  • >
766 6 Oktyabr 2015 10:53 | Cəmiyyət

Azərbaycan Silahlı Qüvvələrində “NATO Günləri” keçirilir.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən oktyabrın 6-dan Bakı şəhərində NATO-nun Müttəfiq Transformasiya Komandanlığının ekspert qrupu tərəfindən Azərbaycan Silahlı Qüvvələrində "NATO Günləri" keçirilir.

NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinin rəisi general-leytenant Ali Çetinkayanın (Türkiyə) rəhbərlik etdiyi nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyası, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olacaq, brifinqlər təqdim edəcək və müzakirələr aparacaqlar.

Tədbir oktyabrın 8-dək davam edəcək.

AzNews.az
Bağla X