20:41
(077) 610-22-33

Torpaq sənədini oğurlayan müstəntiqlə bağlı nazirə - Şikayət

  • >
2 946 14 Oktyabr 2015 10:52 | Cəmiyyət

Masallı rayonunda kəndlilərin Avropa məhkəməsinə qədər gedib çıxan torpaq davasının yeni detalları məlum olub.


(Məsələ ilə bağlı ətraflı məlumatları BURADAN oxuyun)

AzNews.az-ın məlumatına görə işin araşdırması zamanı məlum olub ki, rayonun Aşurlu Kəndli Fermer Təsərrüfatının rəhbəri olmuş Əzizov Əhmədağa Xeyrulla oğlu ilə Kolatan kənd sakini Sahibov Aydın Ağamalı oğlu cinayət əlaqəsinə girərək, Bədalan kənd sakini Teymurov Zaur Şahdigar oğlunun əmlakını mənimsəməyə cəhd ediblər. Belə ki, vaxtilə qanuni şəkildə Zaur Teymurovun adına torpaq sahəsi rəsmiləşdirən Əhmədağa Əzizov sonradan rəsmiləşdirdiyi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etdiyini söyləyərək, əslində həmin torpağın qohumu Aydın Sahibovun olduğunu deyib. Bununla da o, həmin torpaq sahəsinin Bədalan kənd sakini Zaur Teymurov tərəfindən zəbt edildiyini iddia edib. Bu məqsədlə onlar Masallı Rayon Prokurorluğuna müraciət edərək, qanuni torpaq mülkiyyəti əldə etmiş Z. Teymurovun torpağa dair sənədlərini şübhə altına almağa çalışıb. Bu məqsədlə Aydın Sahibov rayon prokurorluğuna müraciət edib. Araşdırma nəticəsində nəticəsində Əhmədağa Əzizovun əməlində cinayət tərkibi aşkar edilib və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320-ci maddəsi ilə cinayət işi başlanıb. Lakin müddətin keçməsi ilə bağlı cinayət işi xitam olunub.



Bu ərəfədə işə gözlənilmədən Masalı Rayon Polis şöbəsi də qoşulub. Şöbənin müstəntiqi Anar Xəlilov torpaq sahibi Zaur Teymurovun atasını aldadaraq, ondan torpağın mülkiyyət sənədlərini araşdırma adıyla alaraq, sonradan geri qaytarmayıb. Bununla da o, öz səlahiyyətlərini aşmaqla yanaşı, mülkiyyət sənədlərini götürməklə Z.Teymurovun şəxsi mülkiyyətində olan əmlakı üzərində sərəncam vermək hüququnu məhdudlaşdırıb. Sonradan Məlum olub ki, müstəntiqlə torpağa iddialı olan şəxslərin çox yaxın münasibətləri var.

Aparılmış istintaq hərəkətlərini şərh edən hüquqşünas Səməd Vəkilov bildirib ki müstəntiq Anar Xəlilovun barəsində Daxili İşlər naziri Ramil Usubova müraciət edərək, daxili təhqiqat aparılmasını xahiş edəcək.
Bağla X