- Köhnə - Dünya
- 5 Avqust 2016 22:22
- 2 421
İŞİD 3 minədək qaçqını girov götürdü
İŞİD İraqda 3 minədək qaçqını girov götürüb.
BMT-nin avqustun 5-də yaydığı hesabatda belə deyilir. Söhbət İraqın şimalında yerləşən Kərkük əyalətindəki əl Haviya rayonunun sakinlərindən gedir. Onlar yaraqlıların əlinə avqustun 4-də keçiblər. Məlumatlara görə yaraqlılar 10-dan çox girovu edam ediblər. Müharibəyədək bu rayonda 400 minədək əhali yaşayıb. Bu rayon İŞİD-in nəzarətindədir.
Yerli sakinlər onlardan qaçmaq istəyirmişlər. Son 2 ildə İraqda azı 3 milyon yarım adam ev-eşiyindən didərgin düşüb.
Azadlig.org