12:33
(077) 610-22-33

Deputat məsciddə azan verməyi qadağan edib? – “Bunu heç şeyx də bacarmaz”

  • >
14 577 12 Avqust 2016 15:27 | Dünya

“Bizə azanı heç Allahşükür Paşazadə də qadağan edə bilməz”.


Bunu AzNews.az-a Xıdır-Zində Məscidinin qazisi Cavanşir Əfəndiyev bildirib.

O, rayon deputatı tərəfindən məsciddə azan verilməsinin qadağan edilməsi barədə yayılan məlumatların şayiə olduğunu qeyd edib: "Tahir Süleymanov bura ancaq icra hakimiyyəti ilə məhərrəmlikdə və bayramlarda gəlir. Deputat Allahı tanıyın bir adamdır. Bunu yazan çox böyük səhvə yol verib. Yalan məlumatdır. Orada bizim axundun da adını çəkiblər. Müsəlmanıq, gəlin əlimizi qoyaq "Quran"a, and içək ki, bizə belə bir qadağa qoyulmayıb. İnanın mənə bizə heç kəs azanı qadağa edə bilməz. Heç Allahşükür Paşazadə də bizə azanı qadağan edə bilməz".

C.Əfəndiyev hesab edir ki, Allahını tanıyan şəxs belə bir yalanı dilinə gətirməz: "Biz müsəlmanıq. Müsəlman azan verməlidir. Allah adımın başına daş salar, Tahir Süleymanov bura gəlib belə bir qadağa qoymayıb".

Qeyd edək ki, Şabran- Siyəzən seçki dairəsinin deputatı Tahir Süleymanovun evinin yaxınlığındakı məscidə azan verilməsinə qadağa qoyması barədə məlumatlar yayılıb.

Bahar RÜSTƏMLİ
Bağla X