- Köhnə - Dünya
- 27 Avqust 2016 16:51
- 3 378
Okeanda itkin düşmüş turistlər tapıldı - Kimsəsiz adada
Sakit okeanın insan yaşamayan adasında itkin düşən iki turist bir həftə sonra tapılıb.
Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Avqustun 17-də itkin düşən turistləri xilasedicilər tapıblar. Onların sözlərinə görə, cütlük kifayət qədər qida ehtiyatı və qəza olduğunu bildirən avadanlıq götürmədən açıq dənizə çıxıb. Turistlər dəstədən aralı düşərək kimsəsiz adaya gəliblər.
Lakin onlar özlərini itirməyərək qumun üzərində böyük hərflərlə SOS yazıblar. Bunu ABŞ-ın sahil mühafizəsinin axtarış qrupu havadan görərək yardıma gəlib.
Virtualaz.org