“Əl Qaidə”nin İraq lideri həbs edildi

Bağdadda "Əl Qaidə" terror təşkilatının İraq bölməsinin rəhbəri həbs edilib. Bu barədə məlumatı BBC yayıb. Ölkənin milli təhlükəsizlik idarəsindən verilən məlumata görə, şəxs 2 ay davam edən əməliyyat nəticəsində həbs olunub. Əbu Bəkr əl-Bağdadinin rəhbərlik etdiyi bölmə bu zamana qədər İraqda törədilən bir sıra terror aktlarının məsuliyyətini üzərinə götürüb.

Bundan başqa "Əl Qaidə"nin bir sıra yüksək "rütbəliləri" barədə də İraq polisində məlumat olduğu vurğulanır.

Elnarə Əlosmanqızı
AzNews.az