17:10
(077) 610-22-33

Obamanın 90 günü qaldı

  • >
391 5 Dekabr 2012 12:34 | Dünya

ABŞ Senatı prezident Barak Obamadan Suriyada uçuşa qadağan zona yaradılmasını tələb edib.

"New York Times" qəzetinin verdiyi məlumata görə, Senat Pentaqonun Suriya ordusunun müxalifətə qarşı hava gücündən istifadə etməsinin qarşısını almaq üçün seçim etməsi ilə bağlı qərar qəbul edib.

Konnektikut ştatının senatoru Cozef Liberman bu qərarın Senatdakı insanların Suriyada baş verənlərə qarşı səssiz qalmadığının göstəricisi olduğunu deyib.

Qərara görə, Pentaqon 90 gün ərzində Suriyada uçuşa qadağan zona yaradılması ilə bağlı hesabat hazırlayaraq, Nümayəndələr Palatası və Senata təqdim etməlidir.

Qeyd edək ki, Ağ Ev də bundan əvvəl verdiyi açıqlamalarda Suriyada uçuşa qadağan zonanın yaradılmasının əleyhinə olduqlarını bildirmişdi.

Tərlan
AzNews.az
Bağla X