19:00
(077) 610-22-33

Əsəd ölkədən qaçır

  • >
587 5 Dekabr 2012 21:23 | Dünya

BMT baş katibi Pan Gi Mun Suriyadakı vətəndaş müharibəsini başa çatdırmaq məqsədilə prezident Bəşər Əsədin başqa ölkəyə getməsi ilə bağlı heç bir razılaşmanı dəstəkləməyəcəklərini deyib.

BMT İqlim Dəyişikliyi Konfransına qatılmaq üçün Qətərin paytaxtı Dohada olan baş katib verdiyi açıqlamada BMT-nin heç bir cinayətkarın cəzasız qalmasına göz yummayacağını söyləyib: "Kimsə insan hüquqlarını pozursa, buna görə ədalət qarşısına çıxarılmalıdır".

Qeyd edək ki, Bəşər Əsəd ötən ay "Russia Today" qəzetinə verdiyi açıqlamada heç kimin onu sürgünə göndərməyəcəyini söyləyərək, "Suriyada yaşadım, Suriyada öləcəyəm" demişdi.

Tərlan
AzNews.az
Bağla X