Bu iki şəxs Əsədin taleyini həll edəcək

Rusiya prezidenti Vladimir Putinin Ankara səfərindən sonra Suriya böhranının həllində Kreml tərəfindən gözlənilməz bir addım atıldı.

AzNews.az-ın məlumatına görə, Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Hillari Klinton və BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Lakdar Brahimi ilə İrlandiyanın paytaxtı Dublində görüşəcək.

Diplomatik mənbələrin məlumatına görə, Rusiya və ABŞ-ın baş diplomatları Suriya məsələsini müzakirə etmək üçün təkbətək görüşəcəklər.

Moskvadakı diplomatik mənbələrdən biri, "Suriya böhranının həllində irəliləyiş əldə etmək üçün yeni plan, ya da ortaq razılaşma üzərində müzakirə aparacaqlar" deyib.

Tərlan
AzNews.az