NASA Dünyaya bənzər 7 müxtəlif planet kəşf edib, Google isə “exoplanet discovery” ilə xəbərləri dünayaya çatdırıb. NASA Dünyaya bənzər 7 müxtəlif planet kəşf edib, Google isə “exoplanet discovery” ilə xəbərləri dünayaya çatdırıb.

Dünyaya alternativ kəşf olunub? - "Google" da biganə qalmadı

NASA Dünyaya bənzər 7 müxtəlif planet kəşf edib, Google isə “exoplanet discovery” ilə xəbərləri dünayaya çatdırıb.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, alimlər planetlərdən üçündə suyun mövcud ola biləcəyini və canlı həyatı dəstəkləyə biləcək quruluşda olduğunu bildiriblər. Təxminən Yupiter böyüklüyündə sönmüş bir ulduz olan “TRAPPIST-1”in ətrafında sıx birləşən planetlərin yerüstü və qayalıq quruluşda olduğu bildirilir. Planetlərin həyat üçün uyğun olub-olmayacağı tədqiq ediləcək.

Hazırda ulduz ətrafında 3 planet aşkarlansa da, dünyaya bənzəyən daha çox planetin ola biləcəyi ehtimal olunur.

“Trappist-1” sisteminə baxdıqda ölçülərinin Günəş Sistemindəki Yupiterlə eyni olduğu diqqət çəkir. Yeni sistemdəki planetlərin ölçüləri də Dünya ilə müqayisədə ya 0,25 dəfə daha kiçik, ya da 0,10 dəfə daha böyükdür. Hazırda planetlərdə atmosferin olub-olmadığı araşdırılır. Alimlər Hubble teleskopu vasitəsilə havada metan və su axtaracaqlar.

Google axtarış sistemi NASA-nın kəşfinə biganə qalmayıb. Belə ki, NASA-nın açıqlamasından sonra Google mövzunu tək bir başlıq altında toplayıb. Artıq NASA-nın sözügedən mövzuda bütün xəbərlərini “Exoplanet discovery” başlığı altında rahatlıqla əldə etmək olar.