Belarus müxalifətinin lideri, 2010-cu ildə prezident seçkilərində namizəd olmuş Vladimr Neklyayev həbs edilib. Belarus müxalifətinin lideri, 2010-cu ildə prezident seçkilərində namizəd olmuş Vladimr Neklyayev həbs edilib.

Belarus müxalifətinin lideri Neklyayev həbs edilib

Belarus müxalifətinin lideri, 2010-cu ildə prezident seçkilərində namizəd olmuş Vladimr Neklyayev həbs edilib.

AzNews.az xəbər verir ki, bu barədə "БелаПАН" agentliyinə Neklyayev özü zəhg edərək məlumat verib. Agentliyin xəbərinə görə, Neklyayev Brestdən Minskə gedərkən qatardan endirilərək həbs olunub.

Qeyd edək ki, fevral ayından etibarən Belarusun bir neçə şəhərində "əmək vergiləri"nə qarşı icazəsiz aksiyalar keçirilir. 25 mart tarixində ölkə müxalifəti paytaxt Minskdə geniş miqyaslı aksiyalar keçirməyi planlaşdırır. Vladimr Neklyayev həmin mitinqdə iştirak etmək üçün Minskə yollanırdı.