İsveçrənin Bern-Mitteland bölgə prokurorluğu PKK terror təşkilatının tərəfdarları tərəfindən açılan və prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan qalmaqallı plakatla bağlı istintaq işi başladıb. İsveçrənin Bern-Mitteland bölgə prokurorluğu PKK terror təşkilatının tərəfdarları tərəfindən açılan və prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan qalmaqallı plakatla bağlı istintaq işi başladıb.

İsveçrədə qalmaqallı Ərdoğan plakatı üzrə istintaq işi başladılıb

İsveçrənin Bern-Mitteland bölgə prokurorluğu PKK terror təşkilatının tərəfdarları tərəfindən açılan və prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan qalmaqallı plakatla bağlı istintaq işi başladıb.

AzNews.az Sputnik.az-a istinadən xəbər verir ki, Berndə təhlükəsizlik işləri üzrə müdir Reto Nause istintaqın terrorçuların mitinqin icazə şərtlərinə əməl etməməsi səbəbindən başlanıldığını bildirib.

Lakin sözügedən plakatla bağlı bu ana qədər hər hansı bir həbs əməliyyatı həyata keçirilməyib. Xatırladaq ki, PKK tərəfdarlarının plakatında “Ərdoğanı öldür” şüarı yazılmışdı. Şənbə günü keçirilən icazəli mitinqi İsveçrə Sosialist Partiyası və Yaşıllar Partiyası dəstəkləmişdi.