Londonun məşhur fitness klubunda qeyri-adi fəaliyyəıt növü açılıb. Londonun məşhur fitness klubunda qeyri-adi fəaliyyəıt növü açılıb.

Yuxu üçün idman zalı açıldı - Yenilik (Video + Foto)

Londonun məşhur fitness klubunda qeyri-adi fəaliyyəıt növü açılıb.

AzNews.az “Mashable” nəşrinə istinadən xəbər verir ki, “45 dəqiqəlik yuxu” adlanan bu təlim hamının marağına səbəb olub. Burada ştanq və trenajorla yanaşı, çarpayı, ədyal, yastıq və gözlər üçün maska təklif olunur.

Bu yuxu təlimi zamanı müəyyən temperaturda əzələlər istirahət edir. Bu zaman beyin sakitləşir, əhval-ruhiyyəniz yaxşılaşır və hətta bir neçə əlavə kalori yandırmış olursunuz.

Baxmayaraq ki, 45 dəqiqəlik yuxu və 15 dəqiqəlik bu istirahət zamanı əlavə kalorinizin yanmasında fərq hiss etməyəcəksiniz. Əgər bu fitness klubun ideyası uğurlu olarsa, bu Böyük Britaniyanın müxtəlif yerlərində tətbiq olunacaq. Tədqiqatlar göstərib ki, gün ərzində 45 dəqiqə yatmaq beyin fəaliyyətini stimullaşdırır və insanı stressə daha dözümlü edir.