23:16
(077) 610-22-33

Türkiyədə "1 may" nümayişlərində toqquşma- Həbslər var

  • >
2 952 1 May 2017 16:31 | Dünya

Türkiyənin İstanbul şəhərində "1 may-Əmək bayramı" münasibəti ilə keçirilən nümayişlər zamanı toqquşma yaşanıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, qarşıdurmalar Taksim meydanı yaxınlığında daha ciddi vüsət alıb. Təhlükəsizlik qüvvələri Taksim meydanına girməyə çalışan nümayişçilərə müdaxilə ediblər. Nəticədə tərəflər arasında toqquşmalar olub. Polis ona müqavimət göstərən şəxsləri saxlayıb. Azı 13 nəfərin həbs edildiyi bildirilir.

Nümayişlər zamanı iştirakçılar “Yaşasın 1 may”, “Taksim qadağasına xeyir”, “Meydanları xalqın üzünə bağlamaq olmaz” şüarları ilə çıxış ediblər. Polisin xəbərdarlıqlarına baxmayaraq nümayişçilər aksiyanı dayandırmayıblar. Məlumata görə, polis Taksimə yürüş etmək istəyən qrupların da qarşısını almağa çalışır. Bəzi yerlərdə polis gözyaşardıcı qazlardan da istifadə edib.

Bəxtiyar Abbasov

AzNews.az

Bağla X