20:34
(077) 610-22-33

“Kim? Harada? Nə Vaxt?” oyununda - 70 nəfər zəhərləndi

  • >
3 399 3 May 2017 10:14 | Dünya

Rusiya Federasiyası Udmurtiya Respublikasında “Kim? Harada? Nə Vaxt?” intellektual oyununda kütləvi zəhərlənmə olub.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, azı 76 nəfərin zəhərləndiyi bildirilir. Zəhərlənənlərdən 68-i azyaşlı uşaqlardır. Məlumata görə, hadisə “Dostluq” düşərgəsində baş verib. Zəhərlənməyə nəyin səbəb olduğu isə məlum deyil. Hadisə iştirakçıları intellektual oyun üzrə Rusiya çempionatına qatılmaq üçün məhz həmin düşərgədə toplaşıblar. Hazırda düşərgə bağlanıb və epidemiyaya qarşı proflaktik tədbirlər görülür. Zəhərlənənlərin hamısı İjevsk şəhər xəstəxanasına yerləşdirilib.

Bəxtiyar Abbasov

AzNews.az

Bağla X