- Köhnə - Dünya
- 4 May 2017 13:36
- 5 798
II Yelizavetanın əri istefa verdi
Böyük Britaniya şahzadəsi Filip krallıq öhdəliklərindən imtina edib.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Bukingem Sarayının məlumatına görə, şahzadə Filip özü şəxsən bu barədə qərar qəbul edib. Şahzadənin qərarına kraliça IIYelizaveta da dəstək olub. Şahzadə avqust ayına qədər olan öhdəliklərini yerinə yetirəcək, lakin daha sonra heç bir dəvətnamə qəbul etməyəcək. Şahzadə 780-dən çox təşkilatın prezidenti və ya üzvüdür. Onun 96 yaşı var.
Bəxtiyar Abbasov
AzNews.az