08:14
(077) 610-22-33

Oğlan sinif yoldaşının güllələdi: “Hər şey buraya qədər”

  • >
4 641 5 May 2017 11:56 | Dünya

Türkiyənin Bursa vilayətində 16 yaşlı oğlan orta məktəblərdən birinin sinif otağına daxil olaraq həmyaşıdı Nilufər Acarı qətlə yetirib.

AzNews.az dünya mətbuatına istinadən xəbər verir ki, adı açıqlanmayan 16 yaşlı oğlan dərs başlamazdan əvvəl mübahisə etdiyi Nilüferi lövhə qarşısını çağırıb. Bundan sonra oğlan “hər şey bura qədər”-deyərək cibindən çıxardığı silahla lövhənin qarşısında dayanan qızın baş nahiyyəsinə atəş açıb. 16 yaşlı Nilüfer yerindəcə keçirinib. Sinif yoldaşını öldürən gənc silahı daha sonra öz başına doğruldaraq özünə də atəş açıb. Adı açıqlanmayan gəncin həyatını xilas etmək mümkün olub. O, xəstəxayana çatdırılıb.

Aparılan araşdırmalardan sonra məlum olub ki, oğlan sinifə hücum etməzdən əvvəl “Whatsapp” sosial şəbəkəsindəki sinif yoldaşlarından ibarət qrupa “Nilüferi öldürməyə gəlirəm”-deyə yazıb.

Bağla X