- Köhnə - Dünya
- 9 May 2017 12:01
- 6 759
Moskva paradında hava şousu təxirə salındı- Səbəb
Aviasiya qüvvələrinin paradda iştirakı təxirə salınıb.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada faşizm üzərində qələbənin 72-ci ildönümü münasibəti ilə keçirilən paradda aviasiya qüvvələri iştirak etməyəcək. Buna səbəb kimi Moskvada hava şəraitinin pis olması göstərilir. Rəhbərlik aviasiya qüvvələrinə hava bazasına geri qayıtmağı əmr verib.
Qeyd edək ki, hazırda qələbənin ildönümü ilə əlaqədar “Qırmızı Meydan”da parad keçirilir. Hərbi yürüşdə on min hərbiçinin iştirak edəcəyi gözlənilir. Paradda, həmçinin, 114 ədəd yerüstü döyüş vasitələri nümayiş olunacaq.
“Qırmızı Meydan”a ilk dəfə hərbi-vətənpərvər “Yunarmiya” hərəkatının iştirakçıları da çıxacaq.
Paradda, eyni zamanda, arktika hərbi texnikasının nümayiş olunacağı da gözlənilir.
Bəxtiyar Abbasov
AzNews.az