00:12
(077) 610-22-33

Tramp FTB-nin işdən qovulan direktoruna xəbərdarlıq etdi

  • >
1 115 12 May 2017 17:28 | Dünya

Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp Federal Təhqiqatlar Bürosunun sabiq direktoru Ceyms Komiyə bildirib ki, o, mediyaya heç bir material sızdırmamalıdır.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Tramp tvitter səhifəsində Komini belə bir addım atmaqdan çəkindirməyə çalışıb.

“Ceyms Kominin aramızda olan söhbətin “səsyazısı”nın olmadığına ümid etməsi daha yaxşı olardı” – deyə Tramp qeyd edib.

İddialara görə, Trampın Komini işdən qovmasına səbəb Kominin Trampın Rusiya ilə əlaqələrinə dair istintaq aparmaq istəyi olub. Tramp isə iddia edir ki, Kominin işdən qovulmasına səbəb onun sabiq dövlət katibi Hillari Klintonun elektron poçtları ilə əlaqədar aparılan istintaqla bağlı qeyri-dəqiq məlumat verməsini olub.

Bəxtiyar Abbasov

AzNews.az

Bağla X