21:49
(077) 610-22-33

Qadın bələdçilər aviaşirkəti məhkəməyə verdilər: “Südümüzü sağmağa icazə vermirlər”

  • >
4 431 24 May 2017 15:36 | Dünya

ABŞ-ın Frontier Airlines şirkətinin xanım bələdçiləri aviaşirkəti məhkəməyə veriblər.

AzNews.az xəbər verir ki, yenicə ana olmuş Co Robi və Steysi Reviçer adlı bələdçilər öz işverənlərini onlara südlərini sağmaq üçün lazımı yer və zamanın ayırmadığından şikayət edirlər:

“Biz gündə 10-12 saat işləyirik. Buna baxmayaraq şirkət bizə südümüzü sağmaq üçün yer və zaman ayırmır.”

Qadınların təqdim etdiyi məhkəmə aktında onlara analıq məzuniyyətinin verilmədiyi, əvəzində isə bülleten və ödənişsiz məzuniyyət təklif edildiyi qeyd olunub.

Öz növbəsində, Frontier Airlines yeni ana olmuş qadınlarla bağlı bütün hüquqların qorunduğu bəyan edilib. Bundan başqa, şirkət yeni ana olmuş qadınlar üçün süd sağmaq məqsədilə xüsusi otaqların ayrılmasına hazırlaşır.

Bağla X