12:23
(077) 610-22-33

ABŞ-da dəhşətli anlar yaşanır-FƏLAKƏT

  • >
442 10 Fevral 2013 10:28 | Dünya

QAR FIRTINASINDA 9 NƏFƏR ÖLDÜ, 700 MİN İNSAN İŞIQSIZ QALDI, 2200 AViAREYS TƏXİRƏ SALINDI


ABŞ-ın şimal şərqini cənginə almış qar fırtınası nəticəsində 9 nəfər ölüb, 700 mindən çox insan elektrik enerjisi təchizatından məhrum olub. APA-nın "Röyters" agentliyinə istinadən verdiyi xəbərə görə, daha ağır vəziyyət Rod Aylend, Konnektikut və Massaçusets ştatlarında müşahidə olunur. Ötən gün bu ərazidə fövqəladə vəziyyət olunmuşdu, daha sonra fövqəladə vəziyyət Nyu York və Nyu Qempşir ştatlarına da şamil olundu.

Kəskin hava şəraitinə görə fevralın 8-dən bir neçə aeroport bağlanıb, fevralın 9-da isə 2200 aviareys təxirə salınıb, iki gün ərzində təxirə salınmış uçuşların sayı 5800-ü keçib. Fevralın 10-da bu göstəricinin xeyli artacağı proqnozlaşdırılır. Bir neçə regionda yerüstü nəqliyyat vasitələrinin hərəkəti yam dayandırılıb.

Ekspertlərin rəyinə görə, ölkəni cənginə alan "Nemo" qar fırtınası ABŞ-ın tarixində ən güclü qar fırtınası kimi qeydə alına bilər.

AzNews.az
Bağla X