18:29
(077) 610-22-33

Müsəlmanlara təyyarə qadağası- Qalmaqal

  • >
520 12 Fevral 2013 09:30 | Dünya

Yeni Zellandiyada deputat Riçard Prosserin müsəlmanları təyyarəyə buraxmamağı tələb etməsi böyük qalmaqal yaradıb.




Deputat 19-35 yaşlı müsəlman kişilərin qərb aviaşirkətlərinə məxsus təyyarələrə buraxılmamasını tələb edib. O, fikrini təyyarələrin təhlükəsiz uçuşunu təmin etmək məqsdi daşıdığını iddia edib.

Ölkənin baş naziri Con Key isə deputatın fikirlərini "ağılasığmaz" adlandırıb.

"Hər şeydən əvvəl Yeni Zellandiya" Partiyasının lideri Uiston Piters is deputat həmkarını qınayıb: "O, qəbul edə bilmir ki, əksər müsəlmanlar mehriban və qanunlara riayət edən adamlardır".

Elnarə
AzNews.az

Bağla X