20:49
(077) 610-22-33

ABŞ kəşfiyyatına müsəlman rəhbərlik edəcək

  • >
338 13 Fevral 2013 09:10 | Dünya

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) rəhbərliyinə gətiriləcək Con Brennanın müsəlman olduğu iddia edilib.



57 yaşlı C.Brennan barədə bu iddianı əvvəllər Federal Tədqiqatlar Birosunda çalışan və islama qarşı mövqeyi ilə seçilən Con Guandolo adlı şəxs irəli sürüb. O, "Radio Show"a müsahibəsində bildirib ki, Brennan 1996-1999 illərdə Həcc mövsümündə Məkkə və Mədinəyə gedib.

Keçmiş xəfiyyə Brennanın müsəlman olduğunu sübut edən videonun da olduğunu vurğulayıb.

Qeyd edək ki, Brennanın namizədliyi Barak Obama təfərindən irəli sürülüb.

Elnarə Əlosmanqızı
AzNews.az

Bağla X