08:31
(077) 610-22-33

ABŞ lazer silahını sınaqdan keçirdi – Tarixdə bir ilk (Video)

  • >
8 268 18 İyul 10:31 | Dünya

Amerika Birləşmiş Ştatarı Hərbi Dəniz Donanması tarixdə ilk dəfə lazer silahından atəş açıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Lazer Silah Sistemi “USS Ponce” hərbi gəmisinə yerləşdirilib.

“Bu silah güllədən daha dəqiqdir” – deyə gəminin kapitanı Kristofer Uels deyib. Məlumata görə silahın hədəfi vurma sürəti işıq sürətinə bərabərdir və qitələrarası ballistik raketlərdən 50 dəfə sürətlidir.

“Silahdan istifadə zamanı nə külək, nə uzaqlıq, nə də başqa bir amilə görə narahat olmuruq. Hədəfi işıq sürəti ilə məhv edə bilərik” – deyə leytenant Keyl Hyuz vurğulayıb.

Sınaq zamanı hədəf olaraq pilotsuz uçan aparatdan istifadə olunub. LSS-nin hədəfinə tuş gələn aparat dənizə düşüb.

Hərbçilər qeyd edib ki, zərbə tamamilə səssiz və hiss edilmədən hədəfə dəyib.

Bəxtiyar Abbasov

AzNews.az

Bağla X